AFFA 69 “lipa” futbolçu aşkarladı
06.05.2013 - 12:39
AFFA-nın 2009-cu ildən fəaliyyət göstərən Qeydiyyat bazasında futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyatı aparılır. Apasport.az saytının məlumatına görə, ötən müddət ərzində Qeydiyyat şöbəsi tərəfindən müxtəlif turnirlərdə çıxış edən 69 saxta sənədli futbolçu müəyyənləşdirilib. Onlardan 38 nəfəri sənədlərinin əslini təqdim etdiyi üçün hazırda müvafiq yaş qrupuna aid turnirlərdə çıxış edirlər. Digər 31 futbolçu isə sənədlərini təqdim etmədiklərinə görə yarışlardan kənarlaşdırılıblar.
Qeyd edək ki, proses məxfi aparıldığı üçün saxta sənədlə çıxış etmiş futbolçuların adı açıqlanmır.
Mənbə: affa.az
Qeyd edək ki, proses məxfi aparıldığı üçün saxta sənədlə çıxış etmiş futbolçuların adı açıqlanmır.
Mənbə: affa.az
0
0