“Neftçi”nin “qızıl beşliy”i
06.05.2013 - 15:27
“Neftçi” ardıcıl 3-cü çempionluğun astanasındadır. Apasport.az saytının məlumatına görə, Azərbaycanda heç bir klubun bacarmadığı bu nailiyyət heyətin sabitliyi ilə izah olunur.
Komanda ilk çempionluğu qazanan baş məşqçi Arif Əsədovu yola salıb, Böyükağa Hacıyevi bu posta gətirəndən sonra da qızıl medalların sahibi dəyişməz qaldı.
Məşqçilər korpusundan fərqli, heyətdə də dəyişməz simalar var. Belə ki, “Neftçi”nin 5 oyunçusu 3 ildir fasiləsiz çempionluq üçün mübarizə aparır. Qazanılacaq çempionluq legionerlərdən İqor Mitreski, Bahodir Nasimov və Flavinyo, yerli oyunçulardan Cavid İmamverdiyevlə Mirhüseyn Seyidov üçün ardıcıl 3-cü qızıl medal olacaq. Bu “Qızıl beşlik” hər 3 mövsümdə fasiləsiz komandaya kömək edib.
Bu 5 futbolçu ilə yanaşı, daha 3 oyunçu 3-cü dəfə çempionluqda pay sahibi olacaq. Lakin Denis Silva, Araz Abdullayev və Tərlan Quliyev “üçlüy”ündən hərəsi 1 dövrə kənarda qalıb.
Ardıcıl 2-ci çempionluqdan sonra Braziliyaya yollanan Denis yalnız cari mövsümün ilk hissəsində “Neftçi”yə kömək etməyib. Ardıcıl 3-cü çempionluğunu qazanacaq Denisdən fərqli, Arazla Tərlan ötən mövsümkü çempionatda qızılın qazanılmasını kənardan izləyib. Abdullayev həmin vaxt Yunanıstanın “Panionios”, Quliyev isə “Sumqayıt”ın şərəfini qoruyurdu.

0
0