“3 ən yaxşı müdafiəçidən biri mənəm”
06.05.2013 - 16:31
“İnter”in konqolu müdafiəçisi Brus Abdulayenin apasport.az saytına müsahibəsi
- “Bakı”ya qalib gəlməklə həm medalları özünüz üçün təmin etdiz, həm də avrokuboklarda iştirakınızı rəsmiləşdirdiz. Ümumiyyətlə, bu oyun haqda fikirlərinizi bilmək istərdik.
- “Bakı” ilə oyunumuz çox çətin keçdi. Özünüz gördüz ki, yalnız ilk hissədə vurduğumuz qollar sayəsində rəqibə minimal hesabla qalib gələ bildik. İkinci yarıda isə nə baş verdisə, bir qədər müdafiədən oynamalı olduq. “Bakı” bizim 1-ci qoldan sonra daha üstün oyun nümayiş etdirməyə başladı. Fasilədən sonra isə fərqi artırmaq üçün elə də şansımız olmadı. Biz yalnız müdafiəyə fikir verməli olduq. Ola bilsin ki, bir az yorğunluq öz sözünü deyirdi. Siz videogörüntülərə baxdıqdan sonra nə baş verdiyini ayırd edə bilərsiz. Ancaq bu dəqiqdir ki, biz ikinci 45 dəqiqədə ilk yarıdakı kimi oynamadıq.
- “Bakı”nın qonaq meydanında oynaya-oynaya aşkar dominantlıq etməsinin bir səbəbi olmalıdır...
- Yəqin ki, bilirsiz, “İnter”ə bəzi futbolçular müxtəlif səbəblərdən oynamırdı. Cari mövsüm avrokuboklarda, çempionatda və kubokda çıxış etmişik. Bu üzdən “mövsümün yorğunluğu öz sözünü deyir” deyə düşünürəm. Ancaq biz sona kimi döyüşməliyik. Mayın 9-da “Qarabağ”la həlledici görüşümüz var. Çünki bu qarşılaşma turnir cədvəlində 2-ci pilləni tutmaq uğrunda vacib oyundur. Məhz bu oyundan sonra bir qədər dincəlmək olar.
- Siz əsas heyət oyunçususuz. Amma bu dəfə meydana 60-cı dəqiqədə daxil olduz. Ehtiyatda qalmağınızın səbəbi nə idi?
- Mənim üçün ehtiyatda qalmaq problem deyildi. Çünki oyundan əvvəl baş məşqçi ilə bu haqda söhbət etmişdik. Mənim 3 sarı vərəqəm vardı. Bu üzdən məşqçi istəyirdi ki, növbəti turda “Qarabağ”a qarşı oynayım. Ancaq rəqibin oyunda üstünlüyü mənim məcburiyyətdən müdafiəni gücləndirməyim üçün meydana buraxılmağıma səbəb oldu. Meydana daxil olduqdan 5 dəqiqə sonra isə hakim mənə sarı vərəqə göstərdi. Halbuki həmin epizodda Rauf Əliyevə toxunmamışdım. 4-cü sarı vərəqəmi aldığım üçün “Qarabağ”la matçı buraxmalı olacam.
- “Qarabağ”la qarşılaşma 2-ci pilləni tutmaq üçün həlledici görüşdür. Bu komandaya cari mövsüm qalib gələ bilməmisiz. İşin öhdəsindən gələ biləcəksiz?
- Əlbəttə. Bizim belə bir şansımız varsa, bunu əldən verə bilmərik. Biz yaxşı mövsüm keçirdiyimizi dilə gətirmək istəyiriksə, gümüş medalları qazanmalıyıq.
- Sizə Konqo millisindən yenə dəvət gəlirmi?
- Bəli, millinin baş məşqçisi iyunda məni də sərəncamında görmək istəyir. Çünki həmin ay 2 oyunumuz var. Gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsi üçün qrupda Qabon və Burkina-Faso ilə görüşlərimiz olacaq. Ancaq bilmirəm, həmin oyunlara gedəcəm, ya yox. Çünki “İnter”də bir balaca yorğunçuluğum var. Hazırkı durumda hansı mənim üçün yaxşı olacaqsa, o qərarı verəcəm.
- “İnter”də müqavilənizin müddəti nə vaxt başa çatır?
- Bu yay. Ancaq daha 1 il müqavilə müddətini artırmaq haqda bənd var.
- Ölkəmizdə karyeranızı davam etdirmək istəyirsiz?
- Burda qalmaq istəyirəm, çünki yaxşı müqavilə şərtlərim var. Üstəlik, burda legionerlərin səviyyəsi qalxmaq üzrədir. Ancaq dəqiq qərarımı verməmişəm. Burda qala da bilərəm, qalmaya da.
- Klub rəhbərliyi necə, sizi saxlamaq istəyir?
- Fikrimcə, klub da mənim burda çıxışımı davam etdirməyimi istəyir. Məncə, burda yaxşı mövsüm keçirmişəm. Azərbaycanda 3 ən yaxşı müdafiəçidən biriyəm. Ancaq bu, futboldur. Bir də gördün ki, komandaya yeni futbolçular gətirildi və “sağol” deyib səni yola saldılar. Hər halda, “Qarabağ”la oyundan sonra burdakı karyerama aydınlıq gətirməyə çalışacam və bundan siz də xəbərdar olacaqsız.
Səbuhi TOFİQOĞLU

0
0