AFFA-nın qovduğu “məşhur” hakimlər
06.05.2013 - 17:03
Azərbaycanda daha bir hakim haqda sərt qərar çıxarılır. Apasport.az saytının məlumatına görə, bu dəfə futzal üzrə FİFA referisi Elçin Məmmədov böyük futboldan qovulanlar arasında yer aldı. Bununla, “qara siyahı”ya daha biri əlavə olundu və Məmmədovun sonuncu olacağına heç kim zəmanət verə bilməz.
Hər halda, tarix göstərir ki, milli çempionatlarımız başlayandan bu yana hakimliklə bağlı qalmaqallar çox olub. Özü də qovulanların əksəriyyəti beynəlxalq dərəcə daşıyanlardır.
Azərbaycanın ilk FİFA hakimləri olan “üçlük”dən – Xaqani Məmmədov, Tahir Süleymanov və Asim Xudiyevdən yalnız sonuncunun karyerasında “ləkə” olmayıb. Hazırda “Neftçi”nin vitse-prezidenti olan Süleymanov hələ Fuad Musayevin AFFA prezidentliyi dövründə hakimlikdən kənarlaşdırılmışdı.
Məmmədov isə məşhur “qatar qalmaqalı”na görə - 2005-ci ildə “Turan” – “İnter” oyunundan (0:1) sonra Tovuzdan Bakıya qonaq komandanın baş məşqçisi Anatoli Konkovla eyni kupedə qayıtmışdı. Bu səbəbdən hakimlikdən qovulan Məmmədov uzun müddət işsiz qalandan sonra indiki PFL prezidenti Ramin Musayevin təşəbbüsü ilə Hakimlər Komitəsinə sədr gətirildi.
AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyev 2006/07 mövsümün ilk turundan sonra birdən-birə 4 hakimi – Zöhrab Qədiyev, Munis Abdullayev, Məhəmməd Məmmədov və Anar Salmanovu işindən kənarlaşdırdı. Yenə səbəb kimi müəyyən komandalara simpatiya, “pərdəarxası söhbətlər”də iştirak göstərildi. Düzdür, onlardan Munis Abdullayev sonradan hakimliyə qayıtdı. O vaxtlar Qədiyev də öz işinə dönsə də, bu dəfə birdəfəlik gedəsi oldu. O, eyni taleyi yaşadığı sabiq FİFA referisi İmanxan Sultani ilə birgə hakim-inspektordurlar.
Məmmədov isə hakimliyə qayıtmayaraq, uzun müddətdir hakim-inspektor kimi fəaliyyət göstərir.
33 yaşlı Salmanova gəlincə, hakimliyə qayıtdıqdan sonra FİFA dərəcəsi “qazanan” bu gənc ən üzdə olan referimiz idi. Ancaq cari çempionatda “Neftçi”nin “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi kubok oyununda səhv penalti ilə özünü yenidən “yandıran” Anar ən azı bu mövsüm iş başında olmayacaq.
Mingəçevirli hakimlər – Rövşən Əhmədovla Nemət Mahmudov də Fuad Musayevin vaxtında işlərindən uzaqlaşdırıldılar. Mahmudovun “Şəmkir” – “ANS Pivani” oyununda topun qapı xəttindən aşkar keçmədiyi halda, qolu qeydə almağı indiyə kimi xatırlanır.
Düzdür, sonradan hakimliyə qaytarılan bu cütlükdən Əhmədov yaxın keçmişə kimi iş başında idi. Bir neçə dəfə cəzalanan “Pele” ləqəbli Emil İsgəndərov həm AFFA-nın əvvəlki, həm də sonrakı rəhbərliyi dövründə hakimlikdən birdəfəlik kənarlaşdırılıb.
Hakimliklə bağlı ən böyük qalmaqallardan biri 2009-cu ilin martında oldu. Onda FİFA hakimi Babək Quliyevlə Anar Niyazov AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırdılar. Düzdür, Niyazov sonradan üzr istədiyindən, hakimliyə qaytarıldı. Ancaq Anar daha Premyer Liqa, kubokda yox, I dəstədə idarəçilik edir. Quliyev isə 4 il kənarda qalandan sonra martda “Xəzər Lənkəran”ın idman direktoru təyin olundu.
Elçin Məmmədov kimi böyük futbolda yox, çimərlik futbolunda bu adı daşıyan Əfqan Həmzəyev artıq 2-ci mövsümdür ofsayddadır. Yalnız çimərlikdə idarəçilik edən Həmzəyevin “Neftçi”ni çempionluğuna ürəkdən sevinməsi, bu komandanın prezidenti Sadıq Sadıqovu öpməsi ona baha başa gəldi.
Ramil Diniyev isə Qəbələdə meydan sahiblərinin qapısına aşkar olmayan penaltini təyin etməyindən sonra uzun müddət hakimlikdən uzaqlaşdırılsa da, bu, birdəfəlik olmadı. Hər halda, Ramil cari mövsümdə Premyer Liqada təyinat alıb.
Təbii ki, hakimlərimizdən cəzalananlar çox olduğundan, siyahını uzatmaq mümkündür. Ancaq bu yazıda konkret oyunluq yox, daha çox necə deyərlər, ömürlük gedən “məşhur”lara toxunduq. Sadəcə, hadisələrin sonrakı axarı elə gətirdi ki, onların əksəri sonradan bağışlandıqlarından, qayıdası oldular.

0
0