“Rəvan” “Kəpəz”lə oyun öncəsi hazırlıqlara başladı
06.05.2013 - 20:01
Topaz Premyer Liqasında növbəti tur həftəiçi keçiriləcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Rəvan” XXX tur çərçivəsində “Kəpəz”in qonağı olacaq. “Uçan aslanlar” artıq bu oyun üçün hazırlıqlara başlayıb.
Bazar günü istirahət edən futbolçular bu gün yenidən bir araya gəlib. Baş məşqçi Ramil Əliyevin rəhbərliyi altında “Bayıl stadionu”nda baş tutan məşqdə gənc çalışdırıcı yetirmələrini yormayıb. Saat yarımlıq hazırlıqda toplu çalışmalar üstünlük təşkil etsə də, fiziki hazırlığa da müəyyən yer ayrılıb. Komanda sabahkı məşqlə oyuna hazırlığı yekunlaşdıracaq.

0
0