Millimizin müdafiəçisi oynadı, komandası darmadağına sevindi
06.05.2013 - 20:20
Millimizin müdafiəçisi oynadı, komandası darmadağına sevindi
Rusiya I divizionunun XXXI turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Şamil Qurbanovun şərəfini qoruduğu “Baltika” səfərdə “Metallurq-Kuznesk”lə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada Kalininqrad təmsilçisi meydan sahiblərini darmadağın edib - 2:5.

Yığmamızın müdafiəçisi Qurbanov da komandasının 2:5 hesablı qələbə qazanmasında iştirak edib. Şamil meydana matçın 82-ci dəqiqəsində daxil olub və həmin zaman “Baltika” Novokuznetsk klubunu 1:4 hesabı ilə məğlub edirdi.

Qeyd edək ki, “Baltika” 29 oyundan 46 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.