“Borussiya” qapıçısı ilə müqaviləsinin müddətini uzatdı
06.05.2013 - 20:49
Çempionlar Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə “Real”ı məğlub edib, finala keçən Dortmund “Borussiya”sının əsas qapıçısı Roman Vaydenfeller komandası ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı qolkiper 2016-cı ilin iyunun 30-a qədər Almaniya təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Vaydenfeller 2002-2003 mövsümünün əvvəlində “Kayzerslautern”dən Dortmund klubuna transfer olunub. Roman 11 il ərzində “Borussiya”nın heyətində 288 matçda meydana çıxıb. O, bu mövsüm isə Bundesliqada komandasının qapısını start heyətdə 29 oyunda qoruyub və 32 top buraxıb.

0
0