Riise milli komandada karyerasını başa vurur
06.05.2013 - 21:14
Riise milli komandada karyerasını başa vurur
Norveç millisinin təcrübəli müdafiəçisi Yon Arne Riise yığma komanda da karyerasını başa vurduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu buna həm klubda, həm də millidə oynamaq üçün çox yaşlı olduğunu bildirib.

O, hələ Avropada dörd və ya beş il oynamaq niyyətindədir: “Uzun düşündükdən sonra yığmada karyeramı davam etməməyi qəbul etdim. Mənim üçün karyeramın son mərhələsi başlanır və belə qərar qəbul etmək lazım idi. Əgər mən hələ Avropada dörd və ya beş il oynamaq istəyirəmsə, bunun düzgün olduğunu düşünürəm”.

Qeyd edək ki, Riise peşəkar karyerasına 1996-cı ildə ölkəsinin “Aalesund” klubunda başlayıb. Daha sonra “Monako”, “Liverpul” və “Roma”nın şərəfini qoruyub. Hazırda isə o, “Fulhem”də çıxış edir. Yon Arne 2005-ci ildə “Liverpul”la Çempionlar Liqasına sahib olub.

Riise 2000-ci ildən isə millinin formasını geyinir. O, Norveç yığmasında ən çox çıxış edən futbolçudur - 110 matç.