“Rəvan” 3 legionerinin xidmətindən yararlana bilməyəcək
07.05.2013 - 13:50
“Rəvan” 3 legionerinin xidmətindən yararlana bilməyəcək
"Rəvan” sabah Topaz Premyer Liqasının XXX turu çərçivəsində "Kəpəz”in qonağı olacaq. Apasport.az saytının məlumatına görə, komanda bugünkü səhər məşqi ilə bu oyuna hazırlığı başa vurub.

Baş məşqçi Ramil Əliyev təxminən 1 saatlıq məşqdə yetirmələrinin topu özündə saxlaya bilməsi üzərində, xüsusən də rəqibin pressinqi altında topu itirməməyə hesablanmış nüanslarda xüsusi dayanıb. Eyni zamanda qısa ötürmələr və qapıya zərbələr üzərində işləmək də yaddan çıxmayıb.

Qeyd edək ki, “Rəvan”ın gənc çalışdırıcısını qayğılandıran əsas məsələ heyətin komplektliyi ilə bağlıdır. Axı "Sumqayıt”la son oyunda Orxan Lalayev və syerra-leoneli Samuel Barlay 2-ci sarı vərəqələrini alaraq meydandan qovulub. Üstəlik, serbiyalı Miloş Adamoviç də sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb. Bura moldovalı Nikolay Orlovskinin ayağından hələ də ağrılar hiss etdiyini əlavə etsək, vəziyyətin qəliz olduğu tam aydınlaşar.

Mənbə: revanfc.az
0