Cihan Özkara oynadı, komandası darmadağın oldu
08.05.2013 - 21:55
Bu gün Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Trabzonspor”la qarşılaşıb.
İlk görüşdə Qara dəniz təmsilçisini 2:1 hesabı ilə məğlub edən Sivas klubu finala keçmək uğrunda üstünlüyünü qorumağa çalışacaqdır. Lakin Özkaranın komandası “Avni Aker” stadionunda darmadağın olub - 6:0.
Bu matçda yığmamızın forvardının da meydana çıxması maraqla gözlənilirdi. Baş məşqçi Rza Çalımbay Cihana yenə ilk “11-lik”də şans verməyib. Təcrübəli çalışdırıcı onu ehtiyat oyunçular skamyasında saxlayıb və oyunun 71-ci dəqiqəsində isə meydana buraxıb.

0
0