Bakıdan qolla qayıtdı, Feryussonun gedişinə qiymət verdi
08.05.2013 - 17:38
Azərbaycan səfərini başa vuraraq İngiltərəyə qayıdan “Mançester Yunayted”in sabiq futbolçusu Duayt York əfsanəvi baş məşqçisi Aleks Feryussonun gedişinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 1999-cu ildə şotlandiyalı mütəxəssisin rəhbərliyi altında Çempionlar Liqasının qalibi olan Trinidad və Tobaqo yığmasının sabiq hücumçusu bu istefadan təəccüblənib.
York hesab edir ki, dünya futbolunun Feryussonun daha komandanın baş məşqçisi olmadığına öyrəşməyi üçün vaxt lazımdır: “Onun istefası bütün dünyanı çox təəccübləndirdi. Ferqyusson “Mançester Yunayted”ə İngiltərə çempionluğunu qaytarmaq istəyirdi və buna nail oldu. Ola bilər ki, o, getmək üçün lazımı anı seçdi”.
Qeyd edək ki, Duayt Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanla beynəlxalq veteranlar yığması arasında “Bayıl Arena”da 3:3 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə kapitan kimi meydana çıxmış, son qolu vurmuşdu.

0
0