“Ferqyusson bizim hamımız üçün ata idi”
09.05.2013 - 00:53
“Mançester Yunayted”in sabiq futbolçusu və hazırda Norveçin “Molde” klubunu çalışdıran Ole-Qunnar Sulşer baş məşqçisi Aleks Feryussonun gedişinə şərh verib. Apasport.az saytının məlumatına görə, 1999-cu ildə şotlandiyalı mütəxəssisin rəhbərliyi altında Çempionlar Liqasına sahib olan gənc çalışdırıcı onun bu qərarına heyrətlənib.
Sulşer bildirib ki, Ferqyusson bizim hamımız üçün ata idi: “Mən onun qərarına bir az heyrətləndim, amma əminəm ki, o, uzun müddət yaddaşlardan silinməyəcək. Belə addım Ferqyusson üçün düzgün olacaq. 14,5 il oyunçu və məşqçi kimi onun yanında oldum. Ser mənim karyeramda ən önəmli şəxslərdən biridir. O, bizim hamımız üçün ata idi. Ferqyusson bacarıqları ilə hər kəsə ilham verirdi”.
Qeyd edək ki, “Mançester Yunayted” 1999-cu ilin Çempionlar Liqasının finalında məhz Ole-Qunnarın son dəqiqədə “Bavariya”nın qapısına vurduğu qələbə topu ilə tarixində 2-ci belə zəfərə sahib olmuşdu.

0
0