“Real”ın almaniyalı futbolçusu zədələndi
09.05.2013 - 05:02
İspaniya La Liqasının XXXVI turunda doğma azarkeşləri önündə “Malaqa”nı darmadağın edən (6:2) “Real”da şok yaşanıb. Apasport.az saytının məlumatına görə, matçın başa çatmasına 10 dəqiqə qalmış “Kral klubu”nun yarımmüdafiəçisi Məsut Özil zədələnərək oyunu sona qədər davam etdirə bilməyib.
Rəqib komandanın futbolçusu ilə ikili mübarizədə sağ ayağından ciddi zərbə alan Almaniya millisinin üzvü bir müddət meydanda ağrılar içərisində qalıb. Daha sonra Özil həkimlər tərəfindən xərəklə meydanın kənarına aparılıb. Məsutun yoxluğunda isə “Real” “Malaqa” qarşısında 10 nəfərlə qalıb. Onun yenidən yaşıl meydanlara nə vaxt qayıdacağı isə tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, matçın 34-cü dəqiqəsində fərqlənən Özilin mayın 17-də İspaniya Kral kubokunun finalında “Atletiko”ya qarşı meydana çıxması təhlükə altındadır.

0
0