Rüfət Dadaşov yenə oynamadı
09.05.2013 - 09:55
Rüfət Dadaşov yenə oynamadı
Milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” dünən səfərdə “Hoffenhaym”ın II komandası ilə qarşılaşıb.

Bu görüşdə meydan sahibləri hesabda üstün tərəf olub. Belə ki, son dəqiqələrdə azlıqda qalan “Kayzerslautern” rəqibinə 1:2 hesabı ilə yenilib. Bu qarşılaşmada Rüfət Dadaşov meydana çıxmayıb.

Qeyd edək ki, ardıcıl 3 oyundur ki, qələbə qazana bilməyən “Kayzerslautern” hazırda 54 xalla III pillədədir. Komandanın 3-cü liqaya çıxmaq üçün pley-offda oynamaq şansları hələ də var. Bunun üçün Rüfət Dadaşovun komandası II pilləyə yüksəlməlidir.