Millimiz “Prezident Kuboku”na qələbə ilə başladı - YENİLƏNİB
09.05.2013 - 12:12
17 yaşadək futbolçulardan ibarət milli komandamız (U-17) bu gün Qazaxıstanın paytaxtı Astanada start götürən “Prezident Kuboku” turnirində mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, bu, U-17-nin 7-ci dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə 3-cü çıxışına start verib.
Bundan öncəki 2 turnirdə müvafiq olaraq 1-ci və 4-cü yerləri özü üçün təmin edən yığmamız bu dəfə də medallar qazanmağa iddialıdır. Nikolay Adamın yetirmələri A qrupunda mübarizə aparır. Komandamızın qrupundakı rəqiblər qonşularımız – Gürcüstan və İran yığmaları, eləcə də Braziliyanın “Botafoqo” Akademiyasının 17 yaşadək futbolçularıdır.
Millimiz ilk görüşünü bu gün Gürcüstana qarşı keçirib. Ötən il Bakıda keçirilən “Kaspi Kuboku”nda yığmamızı finalda məğlub edərək çempion olan gürcülərdən bu dəfə qisas çıxa bilmişik. İlk hissədə hesab açılmasa da, fasilədən sonra qonşu yığma Georgi Arabidzenin qolu ilə önə keçib. Ancaq millimiz Şahban Cəbrayılov və Roman Hüseynov vurduğu qollarla əzmkar qələbə qazanmağı bacarıb.
Gürcüstan U-17 – AZƏRBAYCAN U-17 - 1:2
Astana. “Astana-Arena”

0
0