Zaur Əzizov: Yuri Syomin yeni mövsümdən “Qəbələ”ni çalışdıracaq
09.05.2013 - 14:47
Zaur Əzizov: Yuri Syomin yeni mövsümdən “Qəbələ”ni çalışdıracaq
“Bildiyiniz kimi, Yuri Syomin artıq Bakıdadır. Onun klub prezidenti ilə görüşü gözlənilir”. Bunu apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Tərəflərin danışıqları baş tutduqdan sonra müqavilənin hansı müddəti əhatə etdiyi maraqla gözlənilir. Əzizovun sözlərinə görə, müqavilə, böyük ehtinalla, 1 illik müddəti əhatə edəcək: “Hər şey Syominlə danışıqlar zamanı istəklərimizin üst-üstə düşməsi ilə bağlıdır. Hərtərəfli anlaşa bilsək, yəqin ki onunla 1 illik müqavilə bağlanılacaq. O, müqaviləsinin icrasına yeni mövsümdən etibarən başlayacaq. Ona kimi isə komandanı meydana Luis Araqon çıxaracaq”.

Səbuhi TOFİQOĞLU