Syomin qısa danışdı: Bakıya dostlarımın yanına gəlmişəm
09.05.2013 - 18:06
“Qəbələ”nin baş məşqçi postuna əsas namizəd olan Yuri Syomin bir az öncə başa çatmış “Bakı” – “Qəbələ” oyununu canlı izləyib. Apasport.az saytının əməkdaşı oyunun gedişində məşhur rusiyalı mütəxəssisdən fikir öyrənməyə çalışıb.
Syomin isə yenə qısa danışıb: “Bura dostlarımın yanına gəlmişəm. “Bakı”nın əla meydançası var. Burdan yaxşı təəssüratlarla ayrılıram”.
Qeyd edək ki, onun bir az öncə başlayan “İnter” – “Qarabağ” oyununu izləmək üçün “Şəfa” stadionuna da gedəcəyi gözlənilir.

0
0