“Həm bizim, həm də Azərbaycan futbolu üçün yaxşı haldır”
09.05.2013 - 19:04
“Həm bizim, həm də Azərbaycan futbolu üçün yaxşı haldır”
“Bundan öncə keçirdiyimiz oyunlarda da qələbə layiq idik, lakin qalib gələ bilmirdik” Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ”nin məşqçisi Luis Araqon deyib.
“Qəbələ” Topaz Premyer Liqasının XXX turunda səfərdə “Bakı”nı 1:0 hesabı ilə məğlub etdi. Qarşılaşma barədə danışan qələbəyə görə futbolçulara təşəkkür edib: “Oyunun əvvəlindən sona kimi komandam yaxşı oynadı, daha çox qol vura bilərdik. Oyun öncəsi müdafiə xəttində müəyyən çətinliyimiz var idi. Bu gün heyətdə 21 yaş altı 4 futbolçumuz var idi. Bu həm bizim üçün, həm də Azərbaycan futbolu üçün yaxşı haldır. Qazanılan qələbəyə görə azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm”.

PFL