Bojidar Bandoviç futbolçu olsaydı...
09.05.2013 - 19:06
Bojidar Bandoviç futbolçu olsaydı...
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının XXX turunda “Qəbələ”yə uduzduqları oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, öz meydanında məğlub olan Bandoviç komandasının pis oynadığını deyib: “Çox pis oynadıq, komanda oyunu yox idi. Futbolçular daha çox fərdi oyuna üstünlük verdilər. Rəqib qələbəyə layiq idi. Buna qədər 7 oyunda məğlub olmuşduq, hamısında da mübarizə aparıb uduzmuşduq. Lakin bu gün belə olmadı. Mən oyunçu olsaydım bugünkü oyunumuzla fəxr etməzdim”.