Kaxaber Sxadadze: Futbolçularda fərdi ustalıq çatışmır
09.05.2013 - 21:03
Kaxaber Sxadadze: Futbolçularda fərdi ustalıq çatışmır
“Qarabağ”ın Avroliqada yaxşı çıxış etmək üçün şansı var”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXX turu çərçivəsində doğma azarkeşləri önündə “Qarabağ”la heç-heçə (0:0) etmələrini dəyərləndirib: “İnter”in heyəti çempionluq üçün çox da layiq deyildi. Futbolçularda fərdi ustalıq çatışmır, komandaya transferlər lazımdır. İlk hissədə fərqli taktiki sxemlə oynadıq, lakin şanslardan istifadə edə bilmədik. İkinci hissədə isə oyunçular taktiki göstərişləri tam yerinə yetirə bilmədilər. Bərabər oyun oldu”.

Mənbə: pfl.az
0