Yulian Draksler daha 5 il də “Şalke”də
09.05.2013 - 21:22
Yulian Draksler daha 5 il də “Şalke”də
“Şalke” gənc oyunçusu Yulian Drakslerlə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi 2018-ci ilə qədər Bundesliqa klubunun şərəfini qoruyacaq.

Almaniyanın “Sky News” televiziyası bu xəbərlə bağlı informasiya yaysa da, hələ ki komanda nümayəndələri bunu təsdiq etməyib. Lakin “Şalke” rəhbərliyi Drakslerlə müqaviləsinin müddətini uzatması ilə bağlı sabah rəsmi açıqlama verəcək.

Qeyd edək ki, Yulian 2001-2011-ci illər arasında “Şalke”nin aşağı yaş qruplarında futbola başlayıb. Daha sonra əsas komandanın heyətində yer alan Draksler Bundesliqa oyunlarında 74 dəfə meydana çıxıb və 14 qola imza atıb. O, millinin formasını isə 4 dəfə geyinib.