“Barselona”nın hücumçusu məşqlərə başladı
09.05.2013 - 22:15
“Barselona”nın zədəli hücumçusu Pedro Rodriqes yaxın günlərdə komandasına kömək edə biləcək. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü Kataloniya klubunun heyətində ümumi qrupda məşqlərə başlayıb.
La Liqanın son turunda “Betis”lə (4:2) qarşılaşmada zədələnən 25 yaşlı futbolçuya həkimlər yenidən meydana qayıtmasına icazə verib.
Qeyd edək ki, “Barselona” İspaniyanın çempionatının XXXV turu çərçivəsində “Visente Kalderon” stadionunda “Atletiko”nun qonağı olacaq. Görüş mayın 12-də keçiriləcək.

0
0