Ferqyusson: Moyesdə bütün keyfiyyətlər var
09.05.2013 - 23:15
Ferqyusson: Moyesdə bütün keyfiyyətlər var
“Mənim əvəzimə yeni namizədləri müzakirə edən zaman, biz Devid Moyesə yek dilliklə səs verdik”. O, dürüst insan və güclü əmək əxlaqına malikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusson deyib.

Şotlandiyalı çalışdırıcı özünün yerinə “qırmızı şeytanlar”ın “sükanı arxası”na gələcək olan Devid Moyesin təyinatını şərh edib: “Mən uzun müddətdir ki, onun işinə heyran qalıram. 1998-ci ildə Moyesə mənim köməkçim olmaq təklifi ilə müraciət etdik. Həmin vaxt Devid cavan idi, karyerasına yeni başlayırdı, amma o vaxtdan “Everton”da çox gözəl işlər görür. Moyesdə bütün keyfiyyətlər var, buna heç bir şübhə yoxdur. Biz ondan bunları gözləyirik”.

Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi komandanın yeni baş məşqçisi Devid Moyesin təyinatını rəsmən açıqlayıb. O, yeni klubunda işə iyulun 1-də başlayacaq.