İtaliya kubokunun finalçıları Roma Papasının qəbulunda olacaqlar
09.05.2013 - 23:51
İtaliya kubokunun finalçıları Roma Papasının qəbulunda olacaqlar
Mayın 26-da İtaliya kubokunun finalında “Latsio” ilə “Roma” üz-üzə gələcəklər. Apasport.az saytının məlumatına görə, sözügedən qarşılaşmadan 4 gün əvvəl Roma Papası I Fransisk hər iki komandanı qəbul edəcək.

Katolik kilsəsinin başçısı ilə görüş mayın 22-də nəzərdə tutulur. Vatikanda baş tutacaq qəbulda paytaxt klublarının kapitanları, məşqçiləri və prezidentləri olacaqlar.

Qeyd edək ki, daha əvvəl I Fransisk “İnter”in argentinalı futbolçusu Xavyer Zannetini qəbul etmişdi.