Fatih Terim Musleranı buraxmaq istəmir
10.05.2013 - 02:39
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim komandasının qapıçısı Fernando Musleranın mövsümün sonunda “Barselona”ya satılacağı ilə bağlı gündəmdə olan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı Uruqvay milli komandasının üzvünün “Cim-Bom”da qalacağını və onu satmayacaqlarını ifadə edib.
“İnperator” Musleranın “Cim-Bom” üçün önəmli bir qolkiper olduğunu vurğulayıb: “Fernando bizim komandamızın çox əhəmiyyətli bir qapıçıdır. Onu satmaq fikrimiz qəti yoxdur. “Barselona”nın maraqlandığı xəbərlərini biz də eşidirik, ancaq hələ ki rəsmi bir təklif yoxdur. Transfer təklifi gəlsin, sonra baxarıq. Lakin mənim Musleranı komandadan buraxmaq niyyətim yoxdur. Böyük hədəflərimiz var və bu hədəfləri həyata keçirmək məcburiyyətindəyik”.
Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyan 26 yaşlı qapıçı “aslanlar”la bu mövsüm də daxil olmaqla, 2 dəfə çempionluq yaşayıb.

0
0