Soldado “Valensiya”dan getmək fikrində deyil
10.05.2013 - 03:05
“Valensiya”nın hücumçusu Roberto Soldado gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu klubda yaşanan iqtisadi problemlərin fərqindədir.
“Yarasalar”ın rəhbərliyi onu satıb-satmayacağı məlum olmasa da, ispaniyalı forvard “Valensiya”da qalmaq istəyir: “Gələcəyimmi? Ötən mövsüm müqaviləmin müddətini yenilədik və məqsədim mümkün ola bildiyi qədər bu klubun formasını geyməkdir. Komandam pul qazanmaq məqsədi ilə məni satmaq istəyib-istəməməsi müəyyən olmamasına baxmayaraq, yenə burada qalmaq fikrindəyəm”.
Qeyd edək ki, Roberto Soldado 2010-cu ildən “Valensiya”nın heyətində çıxış edir. 27 yaşlı futbolçu “yarasalar”ın forması altında 97 matçda meydana çıxıb və rəqib qapılarından 54 top keçirib.

0
0