“Hər kəsin istəyi oynamaqdır”
10.05.2013 - 05:04
“Hər kəsin istəyi oynamaqdır”
Transfer pəncərəsinin açılmamasına baxmayaraq, gündəmdə ən önəmli şəxslərdən olan “Mançester Siti”nin futbolçusu Edin Dzeko bunla bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, heyətində hücumçuların çox olduğu “şəhərlilər”də forma şansı əldə edə bilməyən təcrübəli hücumçu növbəti mövsüm hansı komandada olacağına dair sualları cavablandırıb.

O bildirib ki, hər kəsin istəyi meydana çıxıb oynamaqdır: “Görəcəyik. Hər şey ola bilər. Mənim işim qol vurmaqdır. Meydana ilk “11-lik”də çıxsam da, 60-cı dəqiqədə daxil olsam da... Hər kəsin istəyi oynamaqdır. Bilmirəm bu haqda fikirləşmədim, amma bu önəmli deyil. Əsas olan qələbə qazanmadır”.