Rafael Benites “Aston Villa” ilə oyunu düşünür
10.05.2013 - 05:27
“Düşünürəm ki, Avropa Liqasında çıxış etməyimiz biz üçün əhəmiyyətli olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Rafael Benites deyib.
İspaniyalı çalışdırıcı İngiltərə Premyer Liqasının XXXVII turu çərçivəsində səfərdə “Aston Villa” ilə oyun öncəsi fikirlərini bildirib: “Formada qalmaq üçün futbolçular tez-tez oynamalıdırlar və onlar buna hazır olsunlar. Ona görə bu oyunçularım üçün müsbət rolu oynadı. Bütün matçlar əhəmiyyətlidir, amma ən önəmlisi hazırda “Aston Villa” ilə matçımızdır. “Tottenhem”lə heç-heçə etməyimiz bizi məyus etdi. Düşünürdüm ki, qalib gələ biləcəyik. İndi biz 3-cü pillədə qalmaq üçün “Aston Villa”ya qalib gəlməliyik. Əgər bu komandanın məğlub edə bilsək, onda Avropa Liqasının finalına daha arxayın yollanacağıq”.
Qeyd edək ki, “Aston Villa” – “Çelsi” matçı mayın 11-də keçiriləcək.

0
0