Yığmamızın müdafiəçisi oynamadı, “Rubin” qazandı
10.05.2013 - 19:25
Yığmamızın müdafiəçisi oynamadı, “Rubin” qazandı
Bu gün Rusiya Premyer Liqasında XXVIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış günündə Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”lə “Mordoviya” üz-üzə gəlib.

Kazanda baş tutan görüşdə Tatarıstan klubu autsayderi 2:1 hesabı ilə məğlub edib.

Bu görüşdə yığmamızın futbolçu “18-liy”ə daxil edilsə də, baş məşqçi Qurban Berdıyev ona şans verməyib.

Qeyd edək ki, “Rubin” 28 oyundan 47 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.