“Zəif”lə gələn zəiflik
10.05.2013 - 09:09
“Neftçi” ildən-ilə zəifləyir. Apasport.az saytının məlumatına görə, ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olmağa yaxın “ağ-qaralar” mövqelərini yavaş-yavaş əldən verirlər.
Belə ki, “Zəif” ləqəbli Böyükağa Hacıyevin baş məşqçi postuna gəlməsindən sonra paytaxt təmsilçisi Premyer Liqada əvvəlki əzəmətini itirir.
Arif Əsədovun baş məşqçi kimi komandanı çempion etdiyi 2010/11 mövsümündə “Neftçi” XXIX turda qızıl medalı təmin etmişdi. Sona 3 tur qalmış birinci olan “ağ-qaralar” çalışdırıcısını dəyişdikdən sonra eyni dərəcədə üstünlüyə malik deyillər.
Artıq 2-ci çempionluq 1 tur gec – XXX turda əldə olundu. Bu il isə sona 2 tur qalmış hələlik çempionluq təmin olunmayıb. Bu, XXXI turda da gerçəkləşə, hətta XXXII tura və ya “Qızıl oyun”a qədər də təxirə salına bilər.
Hətta zəifləmə qızıl dövrünün başa çatmasınadək davam da edə bilər. Hər halda, “Qarabağ”ın çempionluğu inandırıcı görünməsə də mümkünsüz deyil.

0
0