“Syominin oyunda olması motivasiyamızı artırmışdı”
10.05.2013 - 10:22
“Qəbələ” klubunun serbiyalı futbolçusu Nikola Valentiçin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXX turunda “Bakı”ya 1:0 hesabı ilə qalib gəldiniz. 90 dəqiqə çıxış etdiyiniz qarşılaşmanı nəyin hesabına qazandınız?
- Hamı meydanda var-gücü ilə çalışdı və qalib gəldik. Ümid edirik ki, bundan sonra işlərimiz daha yaxşı gedəcək.
- Bunadək sonuncu qələbənizi martda “Xəzər Lənkəran” üzərində reallaşdırıb, “altılığ”a vəsiqə qazanmışdınız. Bu 2 aydakı uğursuzluğu nə ilə izah edərdiniz?
- Sadəcə, komanda psixoloji planda hansısa “quyuya düşmüşdü”. Bəli, baş məşqçi dəyişikliyi oldu və belə nəticələr alındı. Prinsipcə, pis oynamırdıq. Düzdür, öz səhvlərimizdən axmaq qollar buraxırdıq, imkanlarımızdan isə istifadə edə bilmirdik.
- Artıq 4 aydır ölkəmizdə çıxış edirsiniz. “Qəbələ”də durumunuz necədir?
- Hər şey normaldır. Yaxşı komandada oynayıram. “Qəbələ”nin “Top komanda” olmağı üçün yenə nəyisə dəyişmək lazımdır. Ancaq gənc komanda olduğunu da nəzərə almalıyıq.
- Sizcə, hansı planda dəyişiklərə ehtiyac var?
- Təşkilati planda.
- Görüşü yeni baş məşqçiniz Yuri Syomin də izləyirdi. Yəqin ki, rusiyalı mütəxəssisin tribunada olduğunu bilirdiniz...
- Bəli, bilirdik.
- Bu amil özünüzü Syominə göstərmək baxımından motivasiya verdi?
- Peşəkar futbolçu üçün motivasiya vermək lazım deyil. Ancaq fikrimcə, özümüzü göstərmək istəyimiz vardı. Futbolçularımız meydanda 100 faiz güclərini qoydular. Onlar meydana döyüşkən ruhda çıxmışdılar. Düşünürəm ki, Syominin oyunda olmağı az da olsa motivasiyanı artırmışdı.
- Siz Syomini yaxşı tanımalısınız. Çünki uzun illər Rusiyada oynamısınız...
- Düzdür, ancaq belə götürəndə, onunla birgə işləməmişəm.
- Hər halda, “Qəbələ”də onu ən yaxşı tanıyan futbolçu siz olmalısınız...
- Syomin yaxşı, sərt, nizam-intizamı sevən məşqçidir. Fikrimcə, onunla komandamızda hər şey uğurlu alınacaq.
- Onun baş məşqçisi olduğu “Lokomotiv”ə qarşı oyunları necə xatırlayırsınız?
- Nəyi xatırlamaq olar...Yazırlar, oxuyursan ki, əla komanda yaradıb. Belə yadımda qalıb.
- Necə düşünürsünüz, uzun illər Rusiyada oynadığınıza görə komandada saxlayar?
- Bilmirəm. Bu, məndən yox, baş məşqçidən asılıdır. Futbolçu kimi hər görüşdə bütün gücümlə oynayacağam. Əgər xoşuna gəlsəm, mənimlə işləyər. Təbii ki, komandanı o quracaq, mən yox.
- Syomin sizi tanıyar?
- Məncə, hə. Hər halda, 6 il Rusiyada oynamışam ki, bu da yetərincə çoxdur. Əlbəttə, mən Syominlə işləmək istəyərdim.
- “Qəbələ” ilə müqaviləniz nə vaxta kimidir? Gələcək taleyinizlə bağlı sizə bir şey deyilib?
- Müqaviləm bu ilin sonuna kimidir. Ancaq mənə bir şey deyilmədiyindən, komandada qalıb-qalmayacağımı bilmirəm. Şəxsən mən “Qəbələ”də qalmaq istəyirəm. Ancaq hələ bilmirəm ki, baş məşqçi məni saxlayacaq, yoxsa yox. Əlbəttə, bunun üçün ilk növbədə əsas heyətdə möhkəmlənməliyəm.
Mehman SÜLEYMANOV

0
0