“Xəzər Lənkəran” bəyənmədi, agentlə dalaşdı
10.05.2013 - 10:46
“Xəzər Lənkəran” bəyənmədi, agentlə dalaşdı
“Xəzər Lənkəran”ın 2012-ci ilin yayında baxışa çağırdığı, lakin geri göndərdiyi polşalı yarımmüdafiəçi Lukas Modey vətənində diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, hazırda “Belçatov”da oynayan 31 yaşlı futbolçu “Poloniya” ilə qarşılaşmadan sonra qalmaqal yaradıb.

Vaxtilə millisində 3 matç keçirən orta sahə oyunçusu qarşılaşmanı izləyən futbol agenti Yaroslav Kolakovski ilə dalaşıb.

Qalmaqaldan sonra bir müddət susmağa üstünlük verən Modey baş verənlərə aydınlıq gətirib. Kolakovski ilə dalaşmasının səbəbini açıqlayan Lukas məsələnin kökündə “Xəzər Lənkəran” olduğunu da gizlətməyib.

“Mənim agentim vaxtilə Kolakovski ilə yaxın dost olublar. Sonradan aralarında ciddi problemlər yaranıb. Mən “Xəzər Lənkəran”ın düşərgəsinə baxışa yollananda Kolakovski bundan xəbər tutdu. Agentimdən qisas almaq məqsədilə çörəyimə bais oldu. Qaldığımız otelə gəlib haqqımda xoşagəlməz söz-söhbətlər, şayiələr yaydı. Hamıda mənim haqda mənfi təəssürat yaratmağa nail olduğundan müqaviləm də alınmadı. Düşündüm ki, sonradan peşman olub məndən üzr istəyər. Amma belə olmadı” – deyə, Modey bildirib.

Qeyd edək ki, Lukas “Xəzər Lənkəran”a “Şlensk”dən gəlmişdi.
0