“Kəpəz” 2 futbolçusunu qovdu
10.05.2013 - 11:31
Aşağı dəstəyə düşəcəyi bir neçə tur öncə dəqiqləşən “Kəpəz” artıq indidən heyətində islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi lazımsız legionerlərdən qurtarmağa çalışıb.
Söhbət “Kəpəz”in Türkmənistandan olan legionerləri Rahimberdı Baltayev və Pirkulı Saparovdan gedir. Bunlardan müdafiəçi Saparov oynamasından daha çox, zədəli olması ilə yadda qaldı.
Qeyd edək ki, bununla da Premyer Liqa klublarında türkmənistanlı futbolçu qalmadı. Bu 2 oyunçudan əvvəl AZAL-ın azərbaycanəsilli sabiq futbolçusu Elman Taqayev qışda “Aşqabad”a keçmişdi.

0
0