Yuri Syomin razılaşıb, vaxt istədi
10.05.2013 - 12:04
“Bu gün komandamızın prezidenti Tale Heydərovla Yuri Syomin arasında görüş oldu. Onlar əməkdaşlıqla bağlı perspektivi müzakirə etdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klubun baş məşqçi postuna əsas namizəd olan rusiyalı mütəxəssis Yuri Syomin dünəndən Bakıdadır.
Belə ki, 66 yaşlı məşqçinin “Bakı” – “Qəbələ” matçını izlədikdən sonra klub prezidenti Tale Heydərovla bu günə görüşü nəzərdə tutulmuşdu. Bununla bağlı məlumat verən Nəcəfov təyinatın hələ gerçəkləşmədiyini bildirib: “Syominin məsələsinə 1 həftədən sonra tam aydınlıq gələcək. Belə demək olar ki, tərəflər düşünüb, son qərarını vermək üçün vaxt götürməyi daha məqsədəuyğun saydılar. Düzdür, əməkdaşlıqla bağlı qarşılıqlı istək var. Ancaq müqavilə məsələsinə gələn həftə aydınlıq gələcək. Anlaşmanın imzalanmağı ilə bağlı razılıq əldə olunarsa, artıq həmin vaxt onun şərtləri, müddəti danışılacaq”.
Vitse-prezidentinin sözlərinə görə, Syomin hələlik ölkəmizdə qalacaq: “O, daha çox məlumat əldə etmək istəyir. Ancaq komandamızın növbəti turunda burda olacağını deyə bilmərəm”.
Qeyd edək ki, “Qəbələ” XXXI turda mayın 14-də “Neftçi”ni qəbul edəcək.
Mehman SÜLEYMANOV

0
0