“Fənərbaxça”nın futbolçusu millimizdən kənarlaşdırıldı
10.05.2013 - 14:36
“Fənərbaxça”nın futbolçusu millimizdən kənarlaşdırıldı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Mirkamil Həşimli İtaliyaya yollanacaq yığmamızın heyətindən kənarda qalıb. Onun əvəzində Bakının “İnter” klubundan Ülvi İbazadə dəvət olunub.

Qeyd edək ki, Arif Əsədovun baş məşqçisi olduğu yığmamız mayın 15-dən 20-ə qədər Piza şəhərində təlim-məşq toplanışı keçirəcək, mayın 20-dən 25-dək isə "Tuscany Football Cup 2013" turnirində iştirak edəcək.

Mənbə: affa.az