“Yuventus” ilin futbolçusunu seçdi
10.05.2013 - 20:01
Bu mövsüm İtaliya A seriyasında sona bir neçə tur qalmış çempion olan “Yuventus”da ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu ada çilili yarımmüdafiəçisi Artur Vidal layiq görülüb.
25 yaşlı oyunçunun əsas rəqibləri isə Klaudio Markizio və Andrea Pirlo idi. Vidal mükafatı sabah keçiriləcək ölkə çempionatının XXXVII turu çərçivəsində “Kalyari” ilə oyundan əvvəl alacaq.
Qeyd edək ki, Artur Vidal bu mövsüm A seriyasının 30 matçında forma geyinib. O, bu görüşlərin 28-də meydana start heyətdə çıxıb. Çilili futbolçu “Qoca Sinyora”nın heyətində rəqib qapılarından 10 top keçirib və 7 qolun da ötürməsinin müəllifi olub.

0
0