Ailəsinə görə “Mançester Yunayted”in təklifini rədd etdi
10.05.2013 - 20:33
Ailəsinə görə “Mançester Yunayted”in təklifini rədd etdi
Portuqaliyanın “Record” nəşri iddia edir ki, “Mançester Yunayted”in əfsanəvi məşqçisi Aleks Ferqyussonun istefasından sonra klub rəhbərliyi “Real”ın çalışdırıcısı Joze Mourinyoya təklif göndərib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun baş məşqçisi isə 71 yaşlı şotlandiyalı mütəxəssisin yerinə “qırmızı şeytanlar”a rəhbərlik etmək istəməyib.

Mourinyo ingilis klubunun təklifinə rədd cavabı verib. Buna isə Joze ailəsinin Londonda yaşamaq istəməsini səbəb göstərib.

Qeyd edək ki, “Mançester Yunayted” dünən növbəti mövsümdən etibarən komandanın yeni çalışdırıcısı Devid Moyesin olacağını rəsmən açıqlayıb. Ferqyussonun 51 yaşlı həmyerlisi isə iyulun 1-dən yeni komandasının “sükanı arxası”nda olacaq.