Abışovun meydana çıxmadığı oyunu 6989 azarkeş izlədi
10.05.2013 - 21:18
Abışovun meydana çıxmadığı oyunu 6989 azarkeş izlədi
Rusiya Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilmiş “Rubin” - “Mordoviya” matçını izləyən azarkeşlərin sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Tatarıstan klubunun heyətində çıxış edən Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun meydana çıxmadığı oyunda Kazanın Mərkəzi stadionuna 6989 tamaşaçı gəlib.

Bu mövsüm “Rubin” azarkeşlərinin sevimli komandalarını izlədiyi oyun isə “Dinamo” ilə matç olub. Avqustun 12-də baş tutan görüşdə 17467 nəfər stadiona gəlib və “Rubin”nin 2:0 hesabı ilə qələbə qazanmasına şahidlik ediblər.

Qeyd edək ki, Rubin” - “Mordoviya” matçı təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Həmin görüşdə Abışov “18-liy”ə daxil edilsə də, baş məşqçi Qurban Berdıyev ona şans verməyib.