Mourinyo Ferqyussonun qərarına məyusdur
10.05.2013 - 23:19
“Aleks Ferqyusson mənə zəng vurub, öz qərarı haqqında bildirdi və mən isə buna təəccübləndim. Eyni zamanda məyus oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.
Portuqaliyalı çalışdırıcı “qırmızı şeytanlar”ın 71 yaşlı əfsanəvi çalışdırıcısının gedişinə münasibət bildirib. Həmçinin Mourinyo onun varisi və həmyerlisi Moyesə də yeni komandasında uğurlar arzulayıb: “Devid Moyesin “Mançester Yunayted”ə yeni baş məşqçi kimi təyinatı haqqında qərarına gəlincə, hesab edirəm ki, bu, əla seçimdir. Çünki o, çox yaxşı keyfiyyətlərə malikdir. Komandanın uğurları üçün belə lazımdır. Ser Aleksə xoşbəxt həyat, və Devidə isə “Old Trafford”da uğurlu karyera arzu edirəm”.

0
0