PSJ 19 ildən sonra Fransa çempionu!
13.05.2013 - 02:01
PSJ 19 ildən sonra Fransa çempionu!
Fransa çempionatında XXXVI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə üç qarşılaşma reallaşıb.

“Loryan” doğma azarkeşləri önündə “Sent-Etyen”i qəbul edib. Görüşdən ev sahibləri 0:2 hesablı qalib ayrılıb.

Turnir cədvəlinin son pillələrində qərarlaşan “Evian” isə Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nitsa”nı sınağa çəkib. Bu matçda da sevinən tərəf meydan sahibləri olub - 4:0.

Turun mərkəzi qarşılaşması isə “Lion” – PSJ arasında baş tutub. Burada Paris klubu matçın 53-cü dəqiqəsində Jeremi Menesin vurduğu tək qolla görüşdən qalib ayrılmağı bacarıb. Bu qələbə isə PSJ-nin sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Beləliklə, baş məşqçi Karlo Ançelottinin komandası 19 ildən sonra bu zəfəri qazanmağa müvəffəq olub.

Qeyd edək ki, PSJ tarixində 3-cü dəfə Fransa çempionluğuna sahib olub. Daha əvvəl isə parislilər 1985/1986 və 1993/1994 mövsümündə bu titula yiyələniblər.


Fransa çempionatı
XXXVI tur
10 may
“Lill” – “Reyms” – 3:0
Kalu, 20; 77, Payet, 47

11 may
“Marsel” – “Tuluza” – 2:1
Ayev, 45; 62 - Basat, 82

“Ayaçço” – “Troye” – 1:0
Jarjat, 17

“Bordo” - “Nansi” – 3:2
Poko, 41, Sayvet, 45, Diabete, 86 - Karabue, 65, Sane, 80

“Bastiya” - “Monpelye” – 3:1
Beauvue, 16, Modeste, 32; 87 - Utaka, 31

“Valensyen” – “Renn” – 4:1
Melikson, 39, Rose, 68, Lala, 83, Saes, 90 - Pitropiya, 30

“Brest” – “Soşo” – 0:2
Privat, 48; 81

12 may
“Loryan” - “Sent-Etyen” – 3:1
Monnet, 51, Robert, 67, Jufre, 90 - Zouma, 90

“Evian” – “Nitsa” – 4:0
Beriqaud, 24, Rabiu, 48, Xelifa, 56; 87.

“Lion” – PSJ – 0:1
Menes, 53