Ueyn Runi: Yazılan xəbərlərin hamısı gülməlidir
11.05.2013 - 01:49
Ueyn Runi: Yazılan xəbərlərin hamısı gülməlidir
“Mançester Yunayted”in hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın əfsanəvi məşqçisi Aleks Ferqyussonun istefasından sonra komandadan ayrılacağı ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü bu iddiaları rədd edib.

Runi vəziyyəti belə şərh edib: “Mənim haqqımda “Twitter”in bioqrafik hissəsində “Mançester Yunayted”i sildiyim ilə bağlı çıxan xəbərlər axmaqlıqdır. Qəzetlərdə yazılanların əksinə olaraq, mən klubumdan hər nə olursa-olsun bioqrafiyamı silmərəm. Bu, heç vaxt yox olmayacaq. Burdakı hadisə tamamilə sponsorla bağlıdır. Şəxsi sponsorum belə etməyimi istədi, mən də onların dediklərini yerinə yetirdim. Yazılan xəbərlərin hamısı gülməlidir”.
0