Yupp Haynkes qərarını açıqladı
11.05.2013 - 03:01
Mövsümün sonunda “Bavariya”dan ayrılacaq olan Yupp Haynkes gələcək planları ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bundan sonra Bundesliqada heç bir komanda çalışdırmaq fikrində deyil.
68 yaşlı mütəxəssis daha burada qazanılacaq hədəflərininn olmadığını bildirib: “Bundesliqada mənim üçün qazanılacaq bir hədəfim qalmadı. Gələcək planlarımın içərisində Almaniya klublarında işləməyəcəyəm”.
Qeyd edək ki, Haynkes bu mövsüm ölkə çempionatının başa çatmasına 6 tur qalmış “Bavariya”ya rekord xalla zəfər qazandırıb. Həmçinin o, Münhen təmsilçisini Almaniya kubokunun və Çempionlar Liqasının finalına çıxarıb.

0
0