Nikolas Kanalesin “Sumqayıt” sevgisi
11.05.2013 - 13:53
“Neftçi” hücumçusu Nikolas Kanales Azərbaycan futbolu tarixinin ən sərrast legioneridir. Apasport.az saytının məlumatına görə, çilili futbolçu Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Qarabağ”la keçirilmiş oyunda 26-cı qolunu vurmaqla, özünəməxsus rekordu yeniləyib.
Belə ki, Nikolas Premyer Liqada mübarizə aparan klublardan yalnız “Turan”ı məyus edə bilməyib. Tovuz təmsilçisindən başqa bütün komandaların qapısına yol tapan çilili oyunçunun ən çox məyus etdiyi komanda “Sumqayıt”dır. “Sumqayıt”a iki oyunda 5 qol vuran hücumçu “Xəzər Lənkəran”la hər 2 matçda da qol sevinci yaşayıb. “İnter”in qapısına isə Kanales ümumilikdə 4 dəfə yol tapıb.
O, AZAL, “Simurq”, “Kəpəz” və “Qarabağ” klubları ilə oyunlarda dubl edib. Maraqlıdır ki, Nikolas Kanales bu mövsüm “Neftçi”nin ən çox oyun keçirən futbolçularından da biridir. O, komandanın cari mövsümdə keçirdiyi 47 rəsmi oyunun 45-də meydana çıxıb. Çilili hücumçu qarşıdakı 2 görüşdə rekordunu yeniləyə də bilər.
Xatırladaq ki, bu mövsümədək rekord 1997/98 mövsümündə 20 dəfə fərqlənmiş Badri Kvaratsxeliyanın aktivində idi.
Mənbə: neftchipfk.com

0
0