Eddi İsrafilov oynamadı, komandası xal itirdi
12.05.2013 - 16:53
Dünən İspaniya çempionatının ikinci divizionunda XXXVIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının mayın 25-dən başlayan təlim-məşq toplanışına çağırılan Eddi İsrafilovun şərəfini qoruduğu “Real Mursiya” evində Sabadell”i qonaq edib.
Qarşılaşmada yığmamızın futbolçusunun komandası xal itirib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Bu görüşdə Eddi “18-liy”ə daxil edilsə də meydana çıxmayıb.
Qeyd edək ki, cari mövsüm İsrafilov Sequndada 15 oyun keçirib. Ancaq onun çıxış etdiyi “Real Mursiya” topladığı 41 xalla 19-cu sıradadır ki, bu da düşmə zonası sayılır. Mövsümün sonuna isə 4 tur qalıb.

0
0