“Mançester Siti” Roberto Mançinini göndərir
12.05.2013 - 19:02
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini ən yaxın həftə ərzində öz postunu tərk edəcək. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in rəhbərliyi artıq italiyalı çalışdırıcını istefaya göndərmək üçün qəti qərar qəbul edib.
İngiltərənin nüfuzlu “The Times” nəşri iddi edir ki, Premyer Liqanın növbəti tur çərçivəsində “Ridinq”lə oyuna qədər Mançini ilə yollar ayrıla bilər.
“İnter”in sabiq çalışdırıcısını komandadan uzaqlaşdırmaqda isə dünən “Mançester Siti”nin İngiltərə kubokunun finalında “Uiqan”a 0:1 hesabı ilə məğlub olması, “Mançester Yunayted”ə ölkə çempionluğunun mübarizəsində uduzması, 2 il ardıcıl isə Çempionlar Liqasının qrup mərhələsindən çıxa bilməməsi kimi səbəblər göstərilir.
Roberto Mançininin əvəzinə isə hazırda “Malaqa”ya başçılıq edən Manuel Pelleqrinini “Mançester Siti”yə gətiriləcəyi iddia edilir. Çilili mütəxəssisin özü də maliyyə problemlərinə görə artıq ispan klubunu tərk edəcəyini bildirib.

0
0