“Xəzər Lənkəran” matç öncəsi son məşqinə çıxdı - FOTOLAR
12.05.2013 - 20:43
Topaz Premyer Liqasının XXXI turu çərçivəsində sabah “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, saat 17:00-da, matçın keçiriləcəyi “Bayıl Arena”da başlayan hazırlıq 1 saat yarım sürüb və futbolçularımız məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetiriblər.
Komandamızda zədəli futbolçuların çoxluğu səbəbindən əvəzedici heyətin bir neçə üzvü də əsas komanda ilə birgə məşqlərə qoşulub.
Qeyd edək ki, “Sumqayıt” – “Xəzər Lənkəran” oyunu sabah saat 17.30-da “Bayıl Arena”da keçiriləcək.
Mənbə: lankaranfc.com

0
0