Messinin 21 oyunluq qol seriyası qırıldı
13.05.2013 - 03:10
İspaniya La Liqasında “Barselona”nın hücumçusu Lionel Messinin 21 oyunluq qol seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, bu, ölkə çempionatının XXXV turu çərçivəsində səfərdə “Atletiko” (1:2) ilə görüşdə rellaşıb.
Meydana start heyətdə daxil olan Argentina milli komandasının üzvünə ev sahiblərinin qapısından növbəti topu keçirmək nəsib olmayıb. Ardıcıl olaraq 21 matçda fərqlənən Messi bu dəfə istəyini gerçəkləşdirə bilməyib və bununla da, uzun müddət özünə aid olan rekordları yeniləmək seriyasına Madriddə son qoyulub.
Qeyd edək ki, İspaniya çempionatında Messinin qol seriyası noyabrın 11-də, La Liqanın XI turu çərçivəsində “Malyorka” ilə səfər matçında başlayıb. Həmin görüş 2:4 hesabı ilə “Barselona”nın xeyrinə tamamlanmışdı. Həmçinin Lionel İspaniya çempionatının bombardirlər seriyasına da başçılıq edir. Onun aktivində 46 qol var. Messi ən yaxın izləyicisi “Real”ın forvardı Kriştianu Ronaldodan isə 12 top öndədir.

0
0