Cihan Özkara “18-liy”ə daxil edilmədi
13.05.2013 - 20:26
Cihan Özkara “18-liy”ə daxil edilmədi
Bu gün Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” “Karabükspor”u sınağa çəkəcək.

Görüş doğma publika önündə reallaşacaq. Qarşılaşma Bakı vaxtı saat 22:00-da başlayacaq.

Son iki oyunda meydana ikinci hissədə daxil olan yığmamızın forvardının da bu matçda iştirak etməsi istisna deyildi. Lakin baş məşqçi Rza Çalımbay onu “18-liy”ə daxil etməyib.

Qeyd edək ki, Özkaranın komandası 32 oyundan 40 xal toplayıb və turnir cədvəlində 13-cü yerdə gedir.
0