Millimiz Litvada III yeri tutdu
13.05.2013 - 09:10
17 yaşadək qız futbolçular arasında Litvanın Kaunas şəhərində UEFA tərəfindən təşkil olunan “Development” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun başçılıq etdiyi yığmamız qrup mərhələsindən ibarət olan mini turniri 3-cü pillədə başa vurub.
Belə ki, dünən komandamız Bakı vaxtı ilə saat 09:00-da 2-ci yer uğrunda Litva ilə üz-üzə gəlib. Karolina Raqauskaytenin yuxarı küncü nişan alaraq vurduğu erkən qol millimiz üçün “soyuq duş” təsiri bağışlayıb. Bir də fasilədən sonra özünə gələn futbolçularımız ikinci yarıda üstün oyun nümayiş etdirsə də, hesabı dəyişə bilməyib.
Beləliklə də əvvəlcə Farer adalarına 3:0 hesabı ilə qalib gələn U-17 daha sonra Uels və Litva millilərinə 0:1 məğlub olub. Maraqlıdır ki, bu gün oğlanlardan ibarət U-17 qızların qisasını Litvadan almaq imkanına malikdir. Belə ki, Qazaxıstanın paytaxtı Astanada təşkil olunan “Prezident Kuboku”nda millimiz Baltikyanı ölkə təmsilçisi ilə 3-cü yer uğrunda görüş keçirəcək.

Sıra | Komanda | Q | H | M | T/F | X |
1 | Uels | 3 | 0 | 0 | 3:0 | 9 |
2 | Litva | 2 | 0 | 1 | 2:1 | 6 |
3 | AZƏRBAYCAN | 1 | 0 | 2 | 3:2 | 3 |
4 | Farer adaları | 0 | 0 | 3 | 0:5 | 0 |
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi
0
0