Berti Foqtsla Uli Ştaynın Almaniya sınağı – FOTOSESSİYA
13.05.2013 - 09:52
Berti Foqtsla Uli Ştaynın Almaniya sınağı – FOTOSESSİYA
Almaniyada qolf üzrə ənənəvi “Münsteraner Tatort-Cup” keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan təmsilçiləri olmasa da, futbol üzrə milli komandamızın məşqçiləri özlərini qolf meydanında sınayıblar.

Yığmamızın baş məşqçisi Berti Foqts əvvəllər də sevgisini nümayiş etdirdiyi qolf oynamaqdan imtina etməyib. Millimizdə qapıçılarla çalışan Uli Ştayn da yarış iştirakçıları arasında olub. Alman mütəxəssislər turnirin ən məşhur simaları kimi diqqət mərkəzinə düşüb.